BAO-ya ağır itki üz verib

BAO-ya ağır itki üz verib 

Bu gün Bütöv Azərbaycan Ocaqları olaraq çox ağır bir xəbər aldıq.

Bütöv Azərbaycan Ocaqlarının qurucu üzvlərindən biri, tanınmış tarixçi alim, tarix üzrə fəlsəfə doktoru, dosent, 1980-ci illərin axırlarında Azərbaycanın Quzeyində formalaşmış milli azadlıq hərəkatının fəal iştirakçılarından olmuş

DİLAVƏR MİRZƏKİŞİ OĞLU ƏZİMLİ

vəfat edib.

Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq dəyərli ziyalımız, əqidədaşımız Dilavər Əzimliyə Allahdan rəhmət diləyir, başda həyat yoldaşı, tanınmış jurnalist Arzu xanım Qazıyeva olmaqla ailəsinə, yaxınlarına, Bütöv Azərbaycançılara, Dilavər bəyi tanıyan və sevən hər kəsə, elmi-pedaqoji ictimaiyyətə dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin. Məkanı cənnət, ruhu şad olsun.

BAO İnformasiya Xidməti

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi