"Barselona" onu 120 milyon avroya satmaqdan imtina etdi

"Barselona" onu 120 milyon avroya satmaqdan imtina etdi 

İspaniyanın "Barselona" klubu futbolçusu Rafinya üçün Səudiyyə Ərəbistanı təmsilçisi "Neom"un göndərdiyi təklifi rədd edib.

Hazırkı ölkə çempionu braziliyalı vingeri 120 milyon avroya satmaq istəməyib.

Kataloniya klubu oyunçunu əsas hesab üzvü hesab etdiyi üçün bu addımı atıb.

Qeyd edək ki, 2022-ci ildən "Barselona"da çıxış edən Rafinya cari mövsüm 19 matçda 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi