Baş nazir Meloninin qarşısında diz çökdü

Baş nazir Meloninin qarşısında diz çökdü - VİDEO

Avropa Siyasi Birliyinin altıncı zirvəsinə ev sahibliyi edən Albaniyanın paytaxtı Tiranda diplomatik protokolu pozan və eyni zamanda gülümsədən maraqlı bir an yaşanıb.

Belə ki, ev sahibi Albaniyanın Baş naziri Edi Rama İtaliyanın Baş naziri Corcia Melonini qırmızı xalça üzərində diz çökərək qarşılayıb.

Bu jest zirvədə iştirak edən digər liderlər və protokol nümayəndələri arasında təəccüb və təbəssüm doğurub. Meloni isə gözlənilməz bu qarşılamaya gülümsəyərək cavab verib.

Sosial şəbəkələrdə sürətlə yayılan görüntülər istifadəçilər tərəfindən “simvolik hörmət jesti”, “protokola yaradıcı yanaşma” kimi şərhlərlə qarşılanıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi