Başçının müavininin TOYXANA BİZNESİ - Nə qanun tanıyır, nə də qayda...

Başçının müavininin TOYXANA BİZNESİ - Nə qanun tanıyır, nə də qayda... 

"Sumqayıt şəhəri,H.Z.Tağıyev qəsəbəsində yerləşən “Emin” şadlıq sarayı pandemiya qaydalarını saymır.

Toy etmək üçün icaze.e-gov.az portalında qeydiyyat tələb olunsa da bu şadlıq sarayı qeyri-rəsmi sahibi Sumqayıt İcra hakimiyyəti başçısının 1-ci müavini Teymur Səmədova arxalanıb toy etmək istəyənlərə “portal lazım deyil, pulu verin toy edin” deyir". DİA.AZ bildirir ki, bu barədə Elnarə İbadovanın müraciətində deyilir.

Daha sonra müraciət müllifi yazır: "Ona görə də bütün karantin müddəti ərzində, hətta toylar qadağan edilən vaxtlarda da bu məkanda toylar keçirilib, hazırda da 150 nəfərlik toylara icazə verilsə də,burada 500-700 nəfərlik toylar təşkil olunur, heç bir qayda-qanuna əhəmiyyət verilmir, hətta saat 24:00-dan sonra da toy davam etdirilir.H.Z.Tağıyev qəsəbəsində hər kəs yaxşı bilir ki, “Emin” şadlıq sarayına polis gələ bilməz. Ona görə “Emin”də toylar “kalendernı”dır. Hətta yanvarın 30-da polkovnik rütbəli şəxsin qızının toy mərasiminə artıq indidən 500 nəfər şəxs dəvət olunub,toy sahibləri,bəy və gəlinin vaksin pasportu olmamasına baxmayaraq şənlikdə iştirak edəcəklər.Hamıya da bildirilib ki, vaksin pasportu olmayanlar da gələ bilər, heç bir narahatlığa əsas yoxdur, polis yoxlaması olmayacaq".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi