Başçısı həbs olunan rayonda dövlət tenderlərini KİMLƏR UDURDU?

Başçısı həbs olunan rayonda dövlət tenderlərini KİMLƏR UDURDU? 

Keçən həftə daha bir icra başçısının qollarına qandal vuruldu. Məlum olduğu kimi Baş Prokurorluq tərəfindən Kürdəmirdə əməliyyat keçirildi, icra başçısı Ceyhun Cəfərov və onun yaxın çevrəsi həbs edildi.

Həbslərin davamlı olacağı şəkksizdir. 

DİA.AZ olaraq istintaq üçün maraqlı ola biləcək bir məqamı diqqətə çatdırmaq istəyirik. Söhbər başçısı həbs olunan Kürdəmirdə dövlət tenderlərini kimlərin udmasından gedir. Araşdırmalarımız zamanı təkcə keçənilki şübhəli tenderlərlə bağlı olduqca maraqlı faktları üzə çıxardıq.

Beləliklə, keçən ilin yanvar-dekabr aylarında Kürdəmir rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 1 milyon 665 min 252 manat olan 35 tender keçirilib.

Ən çox tender keçirən Kürdəmir rayon İcra Hakimiyyəti olub. Kürdəmir rayon İcra Hakimiyyəti ümumi məbləği 551 min 671 manatlıq tender müqavilələri bağlayıb.

Bağladığı tenderlərin ümumi məbləği ən çox olan dövlət qurumu Kürdəmir Regional Mədəniyyət İdarəsidir. Qurumun tenderlərinin ümumi məbləği 570 min 432 manat olub.

Kürdəmir rayon Mərkəzi Xəstəxanası ümumi məbləği 235 min 880 olan 9 tender müqaviləsi bağlayıb.

Rayonun ən böyük tenderini "ATF" MMC udub. Tenderi keçirən qurum isə İcra Hakimiyyəti olub. Tender 298 min 772 manat məbləğində olub.

Rayonda ən çox tender udan şirkətlər "İnpeks.N" MMC və "AYSBERQ SH" MMC-dir. "İnpeks.N" MMC şirkəti 405 min 494 manat olan 18 tender, "AYSBERQ SH" MMC ümumi məbləği 345 min 559 manat olan 6 tenderin qalibi olub.

Ümumiyyətlə, "İnpeks.N" MMC Kürdəmir rayonunda keçirilən dövlət tenderlərinin yarıdan çoxunu udub.

Bundan başqa rayonda Kürdəmir rayon Polis Şöbəsi, Kürdəmir Suvarma Sistemləri İdarəsi və başqa qurumlar da satınalmalar həyata keçirib.

Bu məqamları ciddi şəkildə təftiş etməklə, həmçinin istintaqa yönəltməklə ciddi mqaəmalrı ortaya çıxarmaq olar...


Başçısı həbs olunan rayonda dövlət tenderlərini KİMLƏR UDURDU?

Başçısı həbs olunan rayonda dövlət tenderlərini KİMLƏR UDURDU?

Başçısı həbs olunan rayonda dövlət tenderlərini KİMLƏR UDURDU?

Başçısı həbs olunan rayonda dövlət tenderlərini KİMLƏR UDURDU?

Başçısı həbs olunan rayonda dövlət tenderlərini KİMLƏR UDURDU?

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi