“Bastion” raketləri vuruldu, 40 rus əsgəri məhv edildi

“Bastion” raketləri vuruldu, 40 rus əsgəri məhv edildi 

Ukrayna müdafiəçiləri Zmeyni adasında əməliyyatlarını davam etdirirlər. Onlar daha bir “Pantsir-S1” raket kompleksini vurmağa nail olublar. Hərbçilərimiz cənubda 40 rus əsgərini və xeyli rus texnikasını məhv edib.

Axar.az xəbər verir ki, bu barədə Cənub Əməliyyat Komandanlığı məlumat yayıb.

“Ötən sutka ərzində ruslar Odessa vilayətinə raket zərbələri endiriblər. Rusiya aviasiyadan və “Bastion” sahil raket kompleksindən istifadə edərək, müvəqqəti işğal olunmuş Krım istiqamətindən hücum edib. Ukrayna müdafiəçiləri bir raketi məhv edib, daha 5 raketi İzmailskidə Qara dəniz sahilində vurublar. Qara dənizdə (Zmeyni adasında – red.) hücum əməliyyatı davam edir. Raket və artilleriya bölmələrimiz 40-dən çox rus əsgərini, 2 ədəd “Msta-B” haubitsasını və özüyeriyən “Msta-C” haubitsasını, 3 ədəd zirehli avtomobili məhv edib”,- məlumatda deyilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi