Baxçalı "AKP ilə ittifaq bitdi" dedi - Ərdoğandan cavab

Baxçalı "AKP ilə ittifaq bitdi" dedi - Ərdoğandan cavab 

“Cümhur İttifaqı” dayandırıldı, yerli seçkilərdə ittifaq olmayacaq.

Bu barədə MHP sədri Dövlət Baxçalı bu gün qrup toplantısında elan edib.

“Partiya olaraq 31 mart 2019 bələdiyyə seçkiləri ilə bağlı hər hansı bir ittifaq gözləntimiz, axtarışımız, niyyətimiz qalmamışdır. İşin dadı qaçdığı üçün məcburi görüşlərlə nəticə əldə etmək mümkün olmayacaqdır. Vaxt itirməyə, milləti aldatmağa, əsəblərini sınamağa, ümidləri ilə oynamağa ehtiyac yoxdur. Öz yolumuzu sadəcə özümüz müəyyənləşdirəcəyik. 31 mart 2019 seçkilərinə öz namizədlərimiz, öz emblemlərimizlə qatılıb Türkiyənin hər seçki bölgəsində demokratik mübarizəmizi Allahın iznilə həyata keçirəcəyik”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da MHP sədri Dövlət Baxçalının “ittifaq bitdi” sözlərinə münasibət bildirib.

“Hörmətlə yanaşırıq. Deyəcəyimiz tək bir şey var. Bir halda ki yerli seçkilərdə “öz yolumuzla gedirik” deyirlər, o zaman biz də “hər kəs öz yoluna” deyərik”, - Ərdoğan deyib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər