Bayraktar TB3 SİHA BƏƏ-də ilk dəfə nümayiş etdirilib

Bayraktar TB3 SİHA BƏƏ-də ilk dəfə nümayiş etdirilib 

Baykar tərəfindən milli və bənzərsiz olaraq inkişaf etdirilən silahlı pilotsuz uçuş aparatı Bayraktar TB3 SİHA, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidə təşkil edilən Beynəlxalq İnsansız Sistemlər Sərgisində (UMEX) nümayiş etdirilib.

Trend.az-ın  TurkicWorld-ə istinadən məlumatına görə, sərgiyə Türkiyə də daxil olmaqla müxtəlif ölkələrdən bir çox texnologiya şirkəti qatılıb.

Sərgidə pilotsuz sistemlər, robototexnika və simulyasiya texnologiyaları təqdim olunur. Pilotsuz uçuş aparatları istehsalçısı BAYKAR, stend açaraq məhsullarını nümayiş etdirib. BAYKAR tərəfindən hazırlanan "Bayraktar TB3" ilk dəfə xaricdə də nümayiş olunub.

Qeyd edək ki, Bayraktar TB3 qısa müddətdə Bayraktar TB2 üzərində inkişaf etdirilib. Qatlana bilən qanadları, SATCOM yükü, 1 450 kiloqram uçuş çəkisi, 24 saatlıq havada qalma müddəti, 6 silah stansiyası və yüksək hündürlükdə fəaliyyət göstərmək qabiliyyətinə malikdir.

Bayraktar TB3-ün sahib olacağı imkanlar bu sinifdəki pilotsuz uçuş aparatları üçün əhəmiyyətli bir yenilik olacaq, həm də uzaq məsafələrdən idarə oluna bildiyi üçün görüş xəttinin kənarında ünsiyyət qabiliyyətinə sahib olacaq.

Belə ki, daşıdığı ağıllı döyüş sursatları ilə xaricdəki hədəflərə qarşı kəşfiyyat-müşahidə, kəşfiyyat və hücum missiyaları yerinə yetirərək Türkiyənin çəkindirici gücünə çarpan təsir göstərəcək.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi