“Bayraqdar”lar Ermənistan sərhədi boyu uçuşlar həyata keçirir

“Bayraqdar”lar Ermənistan sərhədi boyu uçuşlar həyata keçirir 

Türkiyə Silahlı Qüvvələrinin “Bayraqdar TB2” pilotsuz təyyarələri Ermənistanla sərhəd boyu fasiləsiz uçuşlar həyata keçirir.

Faktinfo.az Virtualaz.org-a istinadən xəbər verir ki, sentyabrın sonlarında Ermənistanın Azərbaycana qarşı hücum cəhdindən sonra Türkiyə “Bayraqdar TB2” döyüş pilotsuz aparatlarını Ermənistanla sərhədə göndərmişdi. Azərbaycanın qələbəsi ilə nəticələnən 44 günlük müharibə ərzində Türkiyə “Bayraqdar”ları Ermənistan sərhədi boyu fasiləsiz uçuşlar həyata keçirib və indi də göy üzündən enmir.

“Bir-birinin ardınca havaya qalxan “Bayraqdar”lar Ermənistan sərhədi boyu uçuşlar həyata keçirir. Sərhəd xəttindəki hərəkətlilik dərhal qeydə alınır və müvafiq strukturlara ötürülür. Son olaraq Van gölü yaxınlığından havaya qalxan “Bayraqdar” uzun müddət Ermənistanla sərhəd boyu uçuş həyata keçirib” – deyə bildirilib.

Xatırladaq ki, lazerlə hədəfə yönləndirilən raketlərlə təchiz edilmiş “Bayraqdar” döyüş pilotsuz aparatları Azərbaycan ordusunun da silahanmasında yer alır və 44 günlük müharibə zamanı bu PUA-lar düşmənə sarsıdıcı zərbələr vurub, ermənilərin kabusuna çevrilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi