Belarus xalqı yenə küçələrdə: yüz minlərlə insan “Uxodi!” deyir... - VİDEO

Belarus xalqı yenə küçələrdə: yüz minlərlə insan “Uxodi!” deyir... - VİDEO 

Bu gün Belarusda prezident seçkilərindən 15 gün keçdiyi bir vaxtda paytaxt Minskdə və digər şəhərlərdə yenidən izdihamlı aksiyalar keçirilir.

Belə ki, prezident Aleksandr Lukaşenkonun sərt xəbərdarlıqlarına, etirazçıları ordu ilə hədələməsinə baxmayaraq paytaxt Minskdə yüz minlərlə insan küçələrə çıxıb.

Şəhərin hər tərəfindən insan seli bu dəqiqələrdə Minskin mərkəzi Müstəqillik meydanına doğru axışır. Bəzi hesablamalara görə meydana hətta 1 milyona yaxın insan toplaşa bilər. “Yeni Belarus marşı” adı altında keçirilən yürüşə qatılan insanlar bir şüar səsləndirir: “Uxodi!”

Minskin digər rayonlarında isə Lukaşenkoya dəstək aksiyalarının təşkil eildiyi bildirilir. Bundan əvvəl hakimiyyətin Minskin mərkəzinə əlavə milis qüvvələri, xüsusi texnika və OMON yeritmişdi. Prezident Lukaşenko daha əvvəl bəyan etmişdi ki, etirazlar dayanmasa ordunun tətbiq edilməsi də daxil olmaqla çox sərt tədbirlər görüləcək./Virtualaz.org

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi