Benzin, dizel yanacağı və maye qazın qiyməti yenə bahalaşdı –Gürcüstanda

Benzin, dizel yanacağı və maye qazın qiyməti yenə bahalaşdı –Gürcüstanda 

Gürcüstanda bir sıra yanacaq növlərinin pərakəndə satış qiymətində artım qeydə alınıb.

Məlumata görə, “Nano Super” markalı benzinin qiyməti 2,47 laridən 2,5 lariyə (1,22%), “Nano Premium” – 2,37 laridən 2,4 lariyə (1,27%), “Nano Euro Regular” isə 2,23 laridən 2,27 lariyə (1,79%) qədər bahalaşıb.

Gürcüstanın yanacaqdoldurma məntəqələrində (YDM) satışa çıxarılan dizel yanacağı üzrə də bahalaşma müşahidə edilib. Belə ki, “Nano Diesel” 2,22 laridən 2,27 lariyə (2,25%), “Nano Euro Diesel” isə 2,35 laridən 2,4 lariyə (2,13%) kimi bahalaşıb.

Qonşu ölkənin YDM-lərində satılan maye qaz (LPG) və sıxılmış qazın (CNG) qiymətində isə dəyişiklik yoxdur. Belə ki, LPG-nin bir litri 1,65 lariyə, CNG isə 1,52 lariyə satılır.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının bu günə olan məlumatına əsasən, 1 gürcü larisinin rəsmi məzənnəsi 0,6304 manatdır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi