"Bəs deyirdiniz hər şey plan üzrə gedir..?" - Solovyov rus komandirləri güllələməyə çağırdı

"Bəs deyirdiniz hər şey plan üzrə gedir..?" - Solovyov rus komandirləri güllələməyə çağırdı 

Kremlin təbliğatçısı Vladimir Solovyov yenə qəzəblənib. Solovyov Rusiya Müdafiə Nazirliyini ordunun indiki vəziyyətinə görə ttiham edib.

O, Rusiya ordusunun Xersondan geri çəkilməsi xəbərini həzm edə bilmədiyini açıqlaylb: “Həddindən çox sayda əçlaf yalan danışıb. Aşağıdan yuxarıya qədər hamısı yalan danışıb. Bəs deyirdiniz anbarlar doludur, texnikanın vəziyyəti əladır, müharibədə döyüşçülərimiz kifayət qədərdir, hər şey plan üzrə gedir..?"

Təbliğatçı rus ordusunu talayan komandirləri cəzalandırmağa, hətta güllələməyə çağırıb. Anbarlarda hansı silahların olduğu, texnikanın vəziyyəti, cəbhədəki döyüşçülərin sayı barədə onların insanlara yalan danışdığı məlumdur. (konkret.az)

Qeyd edək ki, Surovikin dünən Rusiyanın itkilərinin Ukrayna Silahlı Qüvvələrinin itkilərindən 7 dəfə az olduğunu bildirib. Ancaq o, izah edə bilməyib ki, niyə Xersondan geri çəkilirlər.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi