Beş nəfərin öldüyü qəzada sürücü sərxoş imiş... - Günahı ölən dostunun üstünə atıb

Beş nəfərin öldüyü qəzada sürücü sərxoş imiş... - Günahı ölən dostunun üstünə atıb 

Şəmkirdə 5 nəfərin ölümünə səbəb olan ağır avtomobil qəzası ilə bağlı məhkəmə prosesi başa çatıb.

Xitab24.az-ın əldə etdiyi məlumata görə, təqsirləndirilən şəxs qismində hakim qarşısına 1996-cı il təvəllüdlü Elçin Orucov çıxarılıb.

Elçin Orucov ifadəsində ittihamı qəbul etməyərək, qəza zamanı sükan arxasında dostu Xətai Əliyevin olduğunu bildirib. Lakin onun yalan ifadə verdiyi videogörüntülər vasitəsilə sübut olunub. Videolarda qəza zamanı Xətainin sükan arxasında yox, sürücünün sağ tərəfində əyləşdiyi görünüb.

O da məlum olub ki, Elçin Orucov avtomobili idarə edərkən sərxoş vəziyyətdə olub. Onun avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi də olmayıb.

Məhkəmənin hökmünə əsasən, Elçin Orucov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində “VAZ 2106” və “Niva” markalı avtomobillər toqquşub. Qəza nəticəsində 26 yaşlı Xətai Əliyev, 41 yaşlı Zaur Cabbarov, 28 yaşlı Röyal Allahverdiyev, 53 yaşlı Elşən Xudaverdiyev və 28 yaşlı Babək Hüseynov həlak olub. Elçin Orucov isə hadisə zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər