Bəxtiyar Hacıyevə yeni ittiham irəli sürüldü

Bəxtiyar Hacıyevə yeni ittiham irəli sürüldü 

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevə qarşı yeni ittihamlar irəli sürülüb.

Bu barədə onun vəkili Aqil Layıc məlumat yayıb.

 O bildirib ki, B.Hacıyevə Cinayət Məcəlləsinin 221.2.2-ci və 289.1-ci maddələri ilə yeni ittiham elan olunub.

 Qeyd: Ötən ilin dekabrında Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunaraq barəsində Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb və Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Hacıyevin jurnalist Ülviyyə Alovlu ilə münaqişəsinə görə həbs olunduğu bildirilir.

 

Onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilib, ev dustaqlığı ilə əvəz olunması ərizə ilə bağlı Xətai Rayon Məhkəməsinə müraciət edilmişdi. Lakin məhkəmə ərzini təmin etməyib./Pravda.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi