Beyləqan rayon Təhsil Şöbəsinin müdiri nələrdə ittiham olunur- 300-ə yaxın müəllimin diplomunun saxta çıxarılması nə ilə nəticələndi?

Müxtəlif vaxtlarda Beyləqan rayon Təhsil Şöbəsinin bundan əvvəlki və hazırkı şöbə müdirləri barəsində qəzet və saytlarda çoxsaylı tənqidi yazılar verilib.

 Bir müddət əvvəl  Faktinfo.az saytına Beyləqan rayon Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmovanın fəaliyyəti ilə bağlı yeni məlumatlar daxil olub.Həmin məlumatları olduğu kimi təqdim edirik:

1. Xuraman Rüstəmova Təhsil Şöbəsinə müdir təyin olunduqdan sonra, yəni 2016-cı ilin avqust-sentyabr aylarında saxta sənəd tərtib edərək keçmiş Təhsil naziri M.Cabbarovu və onun vasitəsilə ölkə rəhbərliyini aldadıb.Belə ki, Beyləqan RTŞ-nin metodkabinet müdiri Həsən Məmmədovu  şəhər 1 N-li məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi olduğunu göstərməklə onun “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülməsinə şərait yaratmışdır. 

2. 2016-cı ilin sentyabr-oktyabr aylarında X.Rüstəmova kabinetində əskinasların  həqiqiliyini  yoxlayan bank aparatından istifadə etməklə bütün rayon müəllimlərinin təhsil diplomlarını özü şəxsən yoxlayıb. Bununla 300 nəfərə yaxın müəllimin diplomlarını saxta hesab etmiş,sonradan   hər bir müəllimdən 500-1000 manat civarında pul tələb etmişdi. Həmin yolla yığdığı vəsait hesabına  oğluna ilk  “LEKSUS” markalı avtomobil almışdır.

3. Saxta diplomlu hesab etdiyi müəllimlərdən biri də II Aşıqlı kənd tam orta məktəbin psixoloqu Çıraqova Raisə Ramiz qızı olub. Həmin vaxt R.Çıraqovanın öz işində qalması üçün ondan 500 manat pul alıb. Bunun üstündən  bir il keçməmiş R.Çıraqovanı II Aşıqlı məktəbinə direktor təyin edib. Maraqlısı odur ki, R.Çıraqovanın atası Ramiz Əliyev bu məktəbdə uzun müddət direktor işlədikdən sonra törətdiyi cinayətə görə korrupsiyada ittiham olunub,  2,5 il cəza alıb.

4. Mütəmadi olaraq “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində şagirdlərin müxtəlif rayonlara səfər etməsini bəhanə gətirərək hər məktəb direktorundan 500 manat pul alıb. 

5.  Qazandığı bu  pullarla ikinci “LEKSUS”u, bir “Mersedes” maşını və bir böyük mağaza alıb. Hazırda Beyləqan -Təzəkənd yolunun üstündə böyük bir obyekt tikintisi aparır.

6. X.Rüstəmova Beyləqan rayon Təhsil Şöbəsinin müdiri olduqdan sonra öz gəlini Hüseynova Lamiyə Ələddin qızını   şəhər 3 nömrəli məktəbə direktor təyin edib.

7. Vaxtilə işlədiyi Şəhər 3 nömrəli məktəbini “özəlləşdirib”. Belə ki, qardaşı təsərrüfat müdiri təyin olunub. Bundan əlavə, orada qohumlarından ibarət 5-6 şəxsin adı texniki işçi kimi sənədləşdirilib,ancaq özləri işə çıxmır, onların kartları isə xanım Rüstəmovadadır.

8. X.Rüstəmovanın "əməyi" sayəsində 25-dən çox məktəbin direktoru yoxdur. Elə şərait yaradıb ki,  müvəqqəti təyin etdiyi direktorlardan istədiyi hesabı alır.

9. Deyilənə görə, II Aşıqlı məktəbinə direktor təyin etdiyi Raisə Çıraqovanın atası Ramiz Əliyevdən 9000 (doqquz min) manat pul alıb.

Faktinfo.az-a daxil olan məlumatda  Beyləqan rayonu üzrə, o cümlədən Şəhər 3 N-li tam orta məktəbinə son beş ildə  işə götürülən müəllimlərin siyahısı da təqdim edilib:

1. Ağayeva Aytən Rəhim qızı, stajı 4 il, ixtisası-fizika, müddətsiz müqavilə (qanunsuzdur)

2. Hüseynova Lamiyə Ələddin qızı, stajı 4 il, ixtisası-ədəbiyyat, müddətsiz (qanunsuzdur)

3. Oruclu Ceyran Müsafir qızı, stajı 3 il, ixtisası-tarix ,müddətsiz (qanunsuzdur)

4. Bəylərova Esmira Mahmud qızı, stajı 4 il, ixtisası- riyaziyyat, müddətsiz (qanunsuzdur)

5. Bayramova Könül Ələsgər qızı stajı 3 il, ixtisası-fizika, müddətsiz (qanunsuzdur)

6. Əlizadə Könül Arzu qızı stajı 3 il, ixtisası-Azərbaycan dili -ədəbiyyat ,müddətsiz (qanunsuzdur)

7. Qarayeva Nərgiz Firudin qızı stajı 4 il, ixtisası-riyaziyyat, müddətsiz (qanunsuzdur)

8. Cəmilzadə Nərmin Hüsən qızı stajı 3 il, ixtisası-musiqi ,müddətsiz (qanunsuzdur)

9. Allahverdiyeva Ruhiyyə Rövşən qızı stajı 4 il, ixtisası-fizika, müddətsiz (qanunsuzdur)

10. Nuriyeva Rəşadə Zahid qızı stajı 3 il, ixtisası-Azərbaycan dili- ədəbiyyat, müddətsiz (qanunsuzdur)

11. Əsədova Səbahət Vaqif qızı stajı 4 il, ixtisası-riyaziyyat, müddətsiz (qanunsuzdur)

12. Təhməzova Səfurə İlham qızı stajı 2 il, ixtisası-Azərbaycan dili- ədəbiyyat, müddətsiz (qanunsuzdur)

13. Abdurahmanlı Türkay Bulud qızı stajı 3 il, ixtisası-tarix ,müddətsiz (qanunsuzdur)

14. Xankişiyeva Zülfiyyə Bəxtiyar qızı stajı 2 il, ixtisası-ibtidai sinif ,müddətsiz (qanunsuzdur)

15. Əhmədli Zülfiyyə Yavər qızı stajı 1 il, ixtisası-riyaziyyat, müddətli.

Məlumat üçün bildirək ki,Faktinfo.az saytı KİV haqqında qanunun müvafiq bəndini əsas götürərək, qarşı tərəfin mövqeyini öyrənmək məqsədilə 23.02.2018-ci il tarixində  Beyləqan rayon Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmovaya sorğu ünvanlayıb. 1(bir )aydan çox vaxt  keçməsinə baxmayaraq, sorğuya cavab verilməyib.

 Ona görə də  sayt Təhsil Nazirliyinin rəhbərliyinə müraciət edir, sadalanan faktların araşdırılaraq müvafiq ölçü götürülməsini və redaksiyanın məlumatlandırılmasını xahiş edir.

Faktinfo.az 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi