Bəzi vətəndaşlar təyyarədən imtina etdi

Bəzi vətəndaşlar təyyarədən imtina etdi 

Bəzi tələbələrimizin bilet xərclərinin ödənilməsində müəyyən problemlərin olmaması üçün diaspor təşkilatlarımız onlara kömək etdi.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

O bildirib ki, bəzi vətəndaşlarımız onlar üçün göndərilən təyyarədən imtina ediblər:

"Vətəndaşlarımızdan, tələbələrimizdən xahiş edirik ki, bütün məqamları nəzərə alsınlar. Pandemiya dövründə bəzi müəssisələr distant təhsilə keçid edirlər ki, onlar bundan da faydalana bilərlər"./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi