“BİABIRÇI VƏZİYYƏT…” –

“BİABIRÇI VƏZİYYƏT…” – Prezident iki sabiq nazirin işinə bir daha qiymət verdi

Ölkə başçısı İlham Əliyevin son iqtisadi müşavirədəki çıxışı bir çox tənqidi məqamları ilə yadda qaldı.

Prezident Nazirlər Kabinetinin sosial-iqtisadi blokunun əsas nazirliklərindən olan Vergilər və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərininhazırkı işi barədə razılıqla danışsa da, bu qurumların əvvəlki rəhbərliklərinin dövründəki fəaliyyətini sərt tənqid edib.

Ölkə başçısı əvvəlki dövrlərdə sözügedən nazirliklərdəki vəziyyətin hətta biabırçı olduğunu xüsusi qeyd edərək, deyib: “Hesab olunurdu ki, bizdə elə sahələr var ki, orada islahatlar aparıla bilməz. Onlardan biri də vergi sistemidir. Hesab olunurdu ki, necə deyərlər, o biabırçı vəziyyət əbədi qalmalıdır və burada heç bir irəliləyişə nail ola bilmərik. Amma hər kəs gördü ki, biz vəziyyəti islahatlar yolu ilə düzəldə bildik. Büdcəyə 100 milyonlarla manat vəsait daxil olub, digər sahələrdə də, həmçinin sosial müdafiə sahəsində nə qədər pozuntular olub. Yeni nazir Sahil Babayev bunları üzə çıxardı və çox ciddi islahatlar aparır…”

modern.az_fazil_(1)_310

Belə nəticəyə gəlmək olar ki, sabiq vergilər naziri Fazil Məmmədovun dövründə ölkə başçısını vergi sistemində müsbət istiqamətdə dəyişikliyin, islahatların mümkün olmadığına inandırmağa çalışıblar. Çalışıblar ki, sahibkarlığın boğulmasına və məhvinə hesablanmış soyğunçu vergi sistemini qoruyub saxlasınlar. Lakin görünür ölkə başçısını buna inadırmağa müvəffəq olmayıblar və məhz nazirliyin rəhbərliyində aparılan köklü dəyişikliklərdən sonra müsbət nəticələr əldə edilməyə başlayıb.

Bir sözlə, görünən odur ki, ölkə başçısı məlum çıxışında sözügedən nazirliklərin əvvəlki fəaliyyətilə bağlı səsləndirdiyi sərt tənqidi fikirlərilə Fazil Məmmədovla Səlim Müslümovun fəaliyyətinə hansı qiyməti verdiyini bir daha ortaya qoymuş oldu.
İ.Əliyevin çıxışındakı ən maraqlı və diqqəti cəlb edən məqamlardan biri isə kadrların mənəvi keyfiyyətlərilə bağlı dedikləri idi. Sitat: “Onu da bilirik ki, əgər hər hansı dövlət və ya özəl quruma təmiz, bilikli və Vətənə bağlı kadr gətirilirsə, biz orada dərhal dəyişiklikləri görürük…”

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi