Biləsuvarda da elektrik şəbəkəsinin işçisinə xəsarət yetirildi

Biləsuvarda da elektrik şəbəkəsinin işçisinə xəsarət yetirildi 

Biləsuvar Rayon Polis Şöbəsinə dekabrın 9-da Yuxarı Cürəli kəndi ərazisində rayon sakini M.Abbasovun qol nahiyəsinə kəsici alətlə xəsarət yetirilməsi barədə məlumat daxil olub.

Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda göstərilir ki, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla rayon elektrik şəbəkəsinin işçisi olan M.Abbasovun kənd sakini Ə.Rufullayevin elektrik sayğacına baxış keçirmək istəyərkən onun xuliqanlıq zəminində M.Abbasova xəsarət yetirməsi müəyyən edilib. Görülmüş tədbirlərlə Ə.Rufullayev saxlanılıb.

Biləsuvar RPŞ-də faktla əlaqədar cinayət işi başlanıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər