Birinci vitse-prezident Ömər Eldarovu təbrik etdi

Birinci vitse-prezident Ömər Eldarovu təbrik etdi 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında Xalq rəssamı, heykəltəraş Ömər Eldarovu 95 illik yubileyi münasibətilə təbrik edib.

Faktinfo.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli Ömər Eldarov! Sizi 95 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram! Öz yaradıcılığınızla milli təsviri incəsənətin gözəl ənənələrini zənginləşdirdiyinizə görə çox sağ olun! Siz Azərbaycanın yüksək mükafatlarına layiq görülmüsünüz. Lakin düşünürəm ki, ən böyük mükafatınız xalqımızın Sizə olan böyük sevgi və hörmətidir. Uca Allah Sizi və doğmalarınızı qorusun! Dərin hörmət və sevgilərlə, MEHRİBAN".


 


Birinci vitse-prezident Ömər Eldarovu təbrik etdi
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər