“Biz də Meğriyə qayıtmaq istəyirik” – Musa Musayev

“Biz də Meğriyə qayıtmaq istəyirik” – Musa Musayev 

"1929-cu ildə Ermənistanın ərazisinə birləşdirilən Meğri rayonunun azərbaycanlı sakinləri də yurd-yuvalarına dönmək istəyir".

Faktinfo.az xəbər verir ki,bu barədə Yenisabah.az-a hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Naftalanın keçmiş icra başçısı Musa Musayev bildirib.

“Meğri Azərbaycanın ərazisi olub. 1929-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Levon Mirzoyan tərəfindən Ermənistana bağışlanıb. 1930-cu ildə rayon statusu olan Meğrı Azərbaycanı Naxçıvanla birləşdirən yeganə dəhliz idi. 

Ərazisi 664 kv km, əhalisi 14 341 nəfər olub. Meğrinin əhalisinin yarıdan çoxunu azərbaycanlılar təşkil edib. Rayonun Nüvədi, Aldərə, Lök, Maralzəmi, Lehvaz, Mığrı və Astazur kəndlərinin əhalisi tamamilə azərbaycanlılardan ibarət olub. Rayonun özündə də azərbaycanlılar ermənilərlə nisbətdə çoxluq təşkil edib. Qarabağda yaşayan ermənilər ora qayıtmaq istəyirsə, biz də öz yurd yuvamıza qayıtmaq istəyirik. Bununla bağlı Prezident İlham Əliyevə müraciət ünvanlayacağıq”, - deyə Musa Musayev bildirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi