“BİZƏ ÜÇ QƏLƏBƏ LAZIMDIR”

“BİZƏ ÜÇ QƏLƏBƏ LAZIMDIR” - Zelenski açıqladı

"Ukraynaya Rusiya Federasiyası ilə mübarizədə təkan verəcək üç əsas qələbə lazımdır".

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Latviya Prezidenti Edqars Rinkeviçslə birgə mətbuat konfransında deyib.

Zelenskinin sözlərinə görə, birinci qələbə ABŞ Konqresinin Ukraynaya yardımla bağlı qərarı olacaq: “Birincisi, Konqreslə bağlı problem asan deyil və hər şey bizdən asılı deyil. Lakin Ukrayna yardımın alınması üçün əlindən gələni etməlidir.

İkinci qələbə Avropa İttifaqının(Aİ) dəstəyidir. O cümlədən, Ukraynanın 50 milyard avro məbləğində yardım paketi ala bilməsidir. Aİ-də hər kəs bu gün həmin paketi dəstəkləməyə hazır deyil. Onların bu paketi dəstəkləmələri üçün hər şey etmək bizim borcumuzdur”.

Üçüncü qələbə isə Zelenskinin fikrincə, Ukraynanın Aİ-yə gələcək üzvlüyü ilə bağlı dialoqun açılmasıdır: “Bu, bizim üçün, işləyən, oxuyan və hər gün müxtəlif addımlarla motivasiya edilməli olan, döyüş meydanında canını verənlər üçün motivasiya edici addımdır. Hesab edirəm ki, bu gün bu üç şey vacibdir və biz yaxın gələcəkdə nəticələr əldə etməliyik"./Azpolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər