Bloqer Tərtərdə etiraz aksiyasını çəkdi, cəzalandırıldı

Bloqer Tərtərdə etiraz aksiyasını çəkdi, cəzalandırıldı - VİDEO

Özünü bloger adlandıran Tərtər rayon sakini Ziya Mahmudov xüsusi karantin rejiminin tələblərini pozduğuna görə Tərtər Rayon Polis Şöbəsinin xidmətdə olan əməkdaşları tərəfindən saxlanılaraq İXM-in 211-ci maddəsinə əsasən inzibati qaydada barəsində cərimə protokolu tərtib edilərək sərbəst buraxılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 Bildirilib ki, xüsusi karantin rejiminin tətbiqindən sonra bu, Z.Mahmudovun inzibati qaydada üçüncü cəzasıdır.

 Bundan əvvəl də o, iki dəfə xüsusi karantin rejiminin tələblərini pozduğu üçün İXM-in 211-ci maddəsinə əsasən 100 manat cərimə olunub.

 Qeyd: Z.Mahmudov Tərtərdə vətəndaşların örüş torpaqlarının zəbt edilməsi ilə bağlı keçirdikləri etiraz aksiyasını çəkərkən saxlanılıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi