Böhtanın və şərin son həddi-

Böhtanın və şərin son həddi- Bunlar məhkəmə yolu ilə araşdırılacaq

Son zamanlar bəzi KİV-lər Azərbaycan Dövlət Aqrar Universitetindən, onun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovdan günaşırı böhtan dolu xəbərlər yayır.

Hətta onların arasında elələri var ki, heç bir məsuliyyət daşımadan, sonun necə olacağını anlamadan hər gün bu cür böhtan və şantaj dolu xəbərləri səhifəsində yerləşdirir. İş o yerə çatıb ki, aqrar elmdən anlayışı belə olmayan bəzi sayt və portallar rektorun elmi yaradıcılığına belə kölgə salmağa cəhd edir,dedi-qodu ilə məşğul olurlar.

İbrahim Cəfərovun müəllifi olduğu “Fitopatologiya” və “Fitoterapiyanın” mənasını belə anlamayan bu cür saytlar guya həmin dərsliklərin rus müəlliflərindən oğurluq olduğunu deyir, və uzun, gərgin illərin zəhməti bahasına başa gələn dərsliklərin üzərinə kölgə salmağa çalışır. Bu doğrudan da böhtanın son həddidir. Sözügedən kitablar uzun illərdir dərslik kimi istifadə edilir və onun səmərəsini anlamaq isə yuxarıda qeyd etdiyimiz kimi məlum sayt rəhbərlərinin və ya müəlliflərinin başına uyğun deyil. Yəni, belə çıxır ki, ən güclü alimlərin görmədiyini, demədiyini taleyindən yarımayan saytlar bilir və deyir?! 

2013-cü ildə dərslik kimi buraxılan “Fitopatologiya” kitabına ABŞ-ın İllinoyus universitetindən və K.A. Timiryazev adına Rusiya Aqrar Universitetindən də rəylər verilib. Həmin rəylər kitabda müvafiq yerdə öz əksini tapıb.

Bu saytlar biraz da qabağa gedərək hətta rektorun namizədlik və doktorluq dissertasiyalarını şübhə altına alır, bu sahədə də böhtandan gen-bol istifadə edirlər.

İbrahim Cəfərov bu gün tək Azərbaycanda  deyil, MDB məkanında  tanınan alimidir və 10-dan çox nüfuzlu aqrar universitetin fəxri doktorudur. O, 1979-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dinləyici, 1980-1985-ci illərdə həmin institutda tələbəi kimi "Bitki mühafizəsi" fakültəsini “Lenin” təqaüdi ilə bitirib. 1985-1988-ci illərdə K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyası "Fitopatologiya" kafedrasının əyani aspirantı olub.

Məqsədimiz rektorun  bütün fəaliyyətini və elmi əsərlərini, dərsliklərini sadalamaq deyil. Sadəcə onu bildirmək istəyirik ki, xidmətləri aqrar elm üçün olduqca dəyərli olan İbrahim Cəfərov həm də Kənd təsərrüfatı işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 7 noyabr 2016-cı il tarixli Sərəncamı ilə Kənd təsərrüfatının inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Sual olunar ki,bu halda aqrar elmin inkişafında kifayət qədər yeri və nüfuzu olan alimin elmi fəaliyyətinə böhtan atmaq, ona şübhə ilə yanaşmaq nə dərəcədə ədalətlidir? Və ya İbrahim Cəfərovun bircə cümləsinin çəkisində olmayan sayt və portallar nə demək istəyir?

ADAU-nun sözçüsü olaraq deməliyik ki, artıq bu böhtan və şantajların hüquqi müstəvidə araşdırılmasının və elmi dəyərləri ucuzlaşdırmağa cəhd edənlərin məhkəmə qarşısında cavab verməsinin vaxtı çatdı.

 Və biz ADAU olaraq bu addımı atırıq, çünki buna bizi məcbur etdilər.

ADAU-nun Mətbuat və ictimaiyyətlə əlaqə şöbəsi

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi