Bölgələrdə saxta əskinaslar yayılıb - Polis əməliyyat keçirdi

Bölgələrdə saxta əskinaslar yayılıb - Polis əməliyyat keçirdi 

Mingəçevirdə çörək sexinə saxta əskinas təqdim edən şəxslər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Mingəçevir Şəhər Polis Şöbəsinə dekabrın 23-də şəhər ərazisindəki çörək sexlərinin birində 2 nəfərin C.Əhmədovun və R.Qurbanovun idarə etdikləri avtomobillərdə onların hər birinə 20 manatlıq saxta əskinas vermələri barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilən və həmin əskinasları verən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Musayev və Ağdam rayon sakini İ.Məmmədova müəyyən edilərək saxlanılıblar.

Onların yaşadıqları evə baxış zamanı oradan 3 ədəd 50 manatlıq, 17 ədəd 20 manatlıq, 13 ədəd 5 manatlıq və 16 ədəd 1 manatlıq saxta əskinaslar aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 204.1-ci maddəsi (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) ilə cinayət işi başlanıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər