Braziliyanın ölkəmizdəki səfiri Aqrar Universitetə səfər edib

Braziliyanın ölkəmizdəki səfiri Aqrar Universitetə səfər edib - FOTO

Braziliya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz Azərbaycan Dövlət Aqrar Universitetinə(ADAU) səfər edib.

Faktinfo.az xəbər verir ki,Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovla görüşən qonağa, Gəncənin tarixi kökləri və Nizami Gəncəvi kimi dünya şöhrətli alimin vətəni olması haqqında məlumat verilib. Sonra ali təhsil müəssisəsinin İkili diplom proqramları, Biotexnologiyalar mərkəzi, Tədris-təcrübə təsərrüfatı, yeni tədris korpusu və müasir laboratoriyaları haqqında danışan İ. Cəfərov bildirib ki, universitetdə 15 ixtisasda tələbələr dövlət sifarişi hesabına təhsil alır.  

Səfir Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz Universitet barədə təəssüratlarının müsbət olduğunu, müasir standartlara uyğun işlərin aparıldığını, keyfiyyətli təhsil almaq və elmi-tədqiqat işlərinin yerinə yetirmək üçün Aqrar Universitetdə böyük imkanların olduğunu qeyd edib. Gələcəkdə qarşılıqlı tələbə-müəllim mübadiləsinin aparılması və birgə elmi-tədqiqat işlərinin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.  

Görüşdən sonra səfir universitetin Müasir tədris korpusu, Baytarlıq fakültəsi, Tələbə parkı, Tədris-təcrübə təsərrüfatı, laboratoriyaları və s. ilə tanış olub. 


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər