Brent nefti 8,38, Azəri Light 7,61 dollar bahalaşdı

Brent nefti 8,38, Azəri Light 7,61 dollar bahalaşdı 

Gözlənildiyi kimi neftin qiymətində kəskin bahalaşma var.

 "Brent" markalı neftin bir barreli gün ərzində ümumilikdə 8,38 dollar (13,92%) qalxaraq, 68,60 dollar olub.

"Azəri Light" markalı neftin bir barreli isə 7,61 dollar (13,87%) faiz bahalaşıb və 62,46 dollara təklif edilir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının “Saudi Aramko” şirkətinə məxsus 2 böyük neftayrıma zavoduna dron hücumu nəticəsində böyük yanğınlar başlayıb. Bu hücumdan sonra neftin bahalaşacağı gözlənilirdi.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər