Britaniyadan şok: Rusiyanın bu vilayətlərdə hakimiyyətini tanımırıq!

Britaniyadan şok: Rusiyanın bu vilayətlərdə hakimiyyətini tanımırıq! 

Böyük Britaniya xarici işlər naziri Liz Trass rusiyalı həmkarı Sergey Lavrovla görüş zamanı Rusiya Federasiyasının Voronej və Rostov vilayətləri üzərindəki suverenliyini tanımaqdan imtina edib.

Bu barədə RİA Novosti məlumat yayıb.

Bildirilib ki, Ukrayna böhranı ilə bağlı müzakirə zamanı Lavrov britaniyalı nazirdən Londonun Rusiyanın sözügedən vilayətlərdə suverenliyini tanıyıb-tanımadığını soruşub.

Britaniya XİN rəhbəri isə ölkəsinin heç vaxt Rusiyanın bu regionlardakı suverenliyini tanımayacağını bəyan edib./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi