Bruklində terakt törədənin kimliyi məlum oldu

Bruklində terakt törədənin kimliyi məlum oldu 

Nyu Yorkun Bruklin metrostansiyasında ötən gün terror aktı törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib.

Axar.az xəbər verir ki, bu haqda Nyu York polisi rəsmi açıqlama verib. Bildirilib ki, bu şəxs qaradərili 62 yaşlı Frank R.Ceymsdir. Belə ki, şübhəli şəxsin yük maşınından tapılan dəlillərlə cinayət yerindəki dəlillər üst-üstə düşüb. Hazırda onun axtarışı davam etdirilir.

Qeyd edək ki, törədilən terror aktında 24 nəfər yaralanıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi