BSU-nun professoru koronavirusdan vəfat edib

BSU-nun professoru koronavirusdan vəfat edib 

Bakı Slavyan Universitetinin professoru Aslan Məmmədli bu gün vəfat edib.

BSU-nun Mətbuat və informasiya şöbəsinin müdiri Mansur İbrahimov APA.az-a açıqlamasında bildirib ki, professor Aslan Məmmədli koronavirus xəstəliyi səbəbindən dünyasını dəyişib: “Bakı Slavyan Universitetinin rəhbərliyi, professor və müəllim heyəti Aslan Məmmədlinin vəfatından kədərləndiyini bildirir, mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi