Bu da Kooperasiya Universiteti:Pul vermirsənsə o zaman 2.5 metr uzunluğa tullan

Bu da Kooperasiya Universiteti:Pul vermirsənsə o zaman 2.5 metr uzunluğa tullan 

"Yazıq tələbə. Oxuduqca öz tələbəliyim yadıma düşdü. Bizdə də vəziyyət eyniydi. İndi tragikomik gəlir".

DİA.AZ bildirir ki, bu açıqlama ilə tanınmış jurnalist Şəbnəm Qarslı çıxış edib.

Azərbaycan Kooperasiya Universitetinin tələbələrindən birinin gileyini ictimailəşdirən Ş.Qarslı daha sonra yazır: "İdman dərsinə girdik, dedim rüşvət verməyəcəm. Müəllimə dedi ki o zaman 2.5 m uzunluğa tullan. Nə??? Mən metrə yarım adamam, ərəbdovşanı zadam iki metrə yarım uzağa tullanam? Həm məzun olub coğrafiya müəlliməsi olacam, tullanmaq nəyimə lazım? Sinfin uzunluğu elə o qədərdir, gəzə-gəzə gedərəm, niyə tullanım? Müəllimə gətirib normativ cədvəlini önümə qoydu. Tullanmaq şükürlü idi, bunun hələ qaçmağı, ipə dırmaşmağı filan da var imiş. Qısacası, rüşvət ala bilmələri üçün sistem başdan hazır idi. Rüşvət verdim..."

Onu da qeyd edək ki, Ş.Qarslı bu tələbə şikayətinə reaksiya verib:

Burda hər şey RÜŞVƏTƏ KÖRÜKLƏNİB...

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi