Bu dəhşətli müharibədir, Aprel deyil, bağışlayın… - Şok etiraf

Bu dəhşətli müharibədir, Aprel deyil, bağışlayın… - Şok etiraf 

Cəsədlərin toplanması, itkin düşənlərin siyahısının hazırlanması üçün böyük qrup fəaliyyət göstərir.

Faktinfo.az Axar.az-a istinadən  xəbər verir ki,bu sözləri Ermənistan müdafiə nazirliyinin rəsmi nümayəndəsi Artsrun Ovannisyan deyib.

O, çoxsaylı ailənin sosial şəbəkədə oğlanlarının fotosunu yaymasına və itkin düşənləri axtarmalarına bu cür reaksiya verib:

“Cəbhədə şiddətli döyüşlər gedir. Bu, cəsədlərin axtarılmasını çətinləşdirir. Digər tərəfdən, komandirlər də ölənlərlə bağlı statistikanı apara və vaxtında bizə məlumat verə bilmirlər”.

Ovannisyan ölənlərin siyahısını açıqlayarkən “əllərində olan meyitlərə görə” davrandıqlarını da bildirib, övladlarını axtaran çoxsaylı ailələrdən isə üzr istəyib:

“Düzgün başa düşün: bu, tamamilə fərqli müharibədir, bu, sadəcə dəhşətdir - nə birinci müharibəyə (Birinci Qarabağ savaşı nəzərdə tutulur – red.), nə də Aprel savaşına bənzəyir. Biz əsgər valideynlərindən üzr istəyirik".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər