Bu ölkədə 3 ildir ki, ictimai nəqliyyat PULSUZDUR

Bu ölkədə 3 ildir ki, ictimai nəqliyyat PULSUZDUR 

Qərbi Avropa ölkəsi Lüksemburqda 3 ildir ki, ictimai nəqliyyat pulsuzdur.

Sərnişinlər bilet almadan və şəxsiyyət vəsiqəsi göstərmədən ölkə daxilində qatar, tramvay və avtobuslardan pulsuz istifadə edə bilirlər.

Belə ki, 640 min əhalisi olan ölkədə təkcə vətəndaşlar deyil, həm də hər il ölkəyə gələn milyonlarla turist üçün də ictimai nəqliyyat pulsuzdur.

Məlumata əsasən Belçika, Almaniya və Fransa kimi qonşu ölkələrdən işləmək məqsədilə hər gün Lüksemburqa gedənlər də sözügedən şəraitdən yararlanır.

Qeyd edək ki, ölkədə qanun 1 mart 2020-ci ildən qüvvədədir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi