“Bu, oyunun taleyini həll etdi” — Qurban Qurbanov

“Bu, oyunun taleyini həll etdi” — Qurban Qurbanov 

"Hər şey düşündüyümüz kimi idi. Lakin 1-ci qoldan öncə oyunçu dəyişikliyi edəndə 5-li müdafiədən 4-lüyə keçiddə bir az çətinlik yaşadıq. Həmin vaxt da oyunun taleyi həll olundu. Bəsit qollar buraxdıq. İrad bildirəsi epizodlar deyildi”. 


Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunun “Napoli” - “Qarabağ” matçından (2:0) sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.


“Gərgin keçən oyunlarda düşünülməmiş əvəzetmələr bir az problem yarada bilər. Təbii ki, Medinanın oyunda olması digər futbolçulara da müsbət təsir göstərə bilərdi”, o qeyd edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi