
Bu qətldə Putin günahkardır - Navalnaya
Mən susmayacağam və iddia edirəm ki, Vladimir Putin ərim Aleksey Navalnının qətlində günahkardır.
Mən Rusiya xüsusi xidmət orqanlarını qadağan olunmuş kimyəvi və bioloji silahlar hazırlamaqda ittiham edirəm. Tədqiqat aparan laboratoriyalardan nəticələri dərc etməyi tələb edirəm.
Axar.az xəbər verir ki, bu sözləri rusiyalı müxalif siyasətçi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya deyib.
Onun sözlərinə görə, ən azı iki ölkədəki müstəqil laboratoriyalar Navalnının zəhərləndiyini təsdiqləyib.
Siyasətçinin qaldığı cəzaçəkmə müəssisəsində 60-dan çox kamera olsa da, Navalnının həyatının son gününü əks etdirən heç bir müşahidə kamerası videosu yoxdur.
Qeyd edək ki, müxalif siyasətçi Aleksey Navalnı saxlanıldığı Xarp həbsxanasında (Yamalo-Nenets Muxtar Dairəsi) 16 fevral 2024-cü ildə 47 yaşında ölüb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın