Bu rayonun prokuroru da işdən çıxarıldı

Bu rayonun prokuroru da işdən çıxarıldı 

Azərbaycanın Baş prokuroru Kamran Əliyevin imzaladığı əmrlə Masallı rayon prokuroru Allahverdi Novruzov “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə tutduğu vəzifədən azad olunmaqla prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov "Facebook" profilində məlumat yayıb.

 

Eyni zamanda həmin əmrlə A.Novruzov prokurorluq orqanlarında səmərəli fəaliyyətinə görə “Azərbaycan Prokururluğunun Fəxri Fərmanı” ilə təltif edilib./Demokrat.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi