Bu şirkətlə bağlı Baş Prokurorluğa müraciət edildi

Bu şirkətlə bağlı Baş Prokurorluğa müraciət edildi 

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində ağacların quruduğu faktı müəyyən edilib.

Faktinfo.az  xəbər verir ki, xidmət rəsmisi Bəhruz Məhəmmədov Report.az-a bildirib ki, araşdırma zamanı ağacların sözügedən ərazidə tikinti işləri aparan “Ailə Park” MMC tərəfindən qəsdən qurudulduğu və təbiətə ümumilikdə 11760 manat məbləğində ziyan dəydiyi müəyyən edilib: “Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər