Bu universitet rektorlarının vəzifələrini itirəcəkləri gözlənilir-

Bu universitet rektorlarının vəzifələrini itirəcəkləri gözlənilir- “ADPU-nun rektoru…”

Təhsil sahəsində, xüsusilə ali məktəb sistemində özbaşınalığın qarşısını almaq, müəllim narazılıqlarını minumuma endirmək məqsədilə Azərbaycan Dövlət İqtisad, Azərbaycan Dövlət Pedaqoji, Azərbaycan Dillər,Gəncə Dövlət,Sumqayıt Dövlət, Azərbaycan Texnologiya,Lənkəran Dövlət universitetlərinin rektorlarının mart ayından vəzifələrini itirəcəkləri gözlənilir.

Faktinfo.az-a verilən məlumata görə,Hesablama Palatasının bir neçə universitetdə apardığı və aparılması nəzərdə tutulan yoxlamalardan sonra daha sərt tədbirlər görülə bilər.Məsələn, bir müddət əvvəl rəqiblərinin  fitnə-fəsadı nəticəsində vəzifədən kənarlaşdırılmasının baş tutduğu  iddia edilən Abel Məhərrəmovdan sonra BDU-ya rektor gətiriləcək şəxslər arasında ADPU-nun  rektoru Cəfər Cəfərovun da adı  hallanırdı.İndi onun rəhbərlik etdiyi universiteti Hesablama Palatası yoxlamağa daha yaxındı.Əgər yoxlama heyyətinə sabiq BDU rektorunun Hesablama Palatasında vəzifədə olan qardaşı rəhbər təyin olunarsa,  ADPİ rektorunun vəziyyətini indidən  təsəvvür etmək elə də çətin olmaz.

Eləcə də bir müddət əvvəl  yoxlamanın  nəticələrinə görə,universitetin simeta layihə sənədlərinə əsasən təmir və istismar xərcləri zamanı maliyyə-təsərrüfat fəaliyyətində mənimsəmələrə yol vermiş Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanovla bağlı bu dəfə daha sərt tədbirlər görülə bilər.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi