Bu xanımlar 9 tələbənin təhsil haqqını ödədi –

Bu xanımlar 9 tələbənin təhsil haqqını ödədi – Rektor

Bir neçə sahibkar xanım tərəfindən Bakı Ali Neft Məktəbinin 9 tələbəsinin 23 500 manatlıq təhsil haqqı ödənilib.

Bu barədə BANM-ın rektoru Elmar Qasımov məlumat yayıb.

“Bir neçə xeyirxah sahibkar xanım tərəfindən Bakı Ali Neft Məktəbində təhsil alan 9 tələbənin ümumi olaraq 23 500 manatlıq təhsil haqlarının ödənilməsinə yardım göstərildi. Azərbaycanın intellektual əsgərləri olan bu gənclərin də xeyriyyəçilik ənənələrini davam etdirəcəyinə əminəm. Əziz xanımlarımıza təşəkkür edirəm”, - rektor bildirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi