“Bütöv Azərbaycan Ocaqları”nın Novruz bayramı münasibətilə Dünya azərbaycanlılarına

“Bütöv Azərbaycan Ocaqları”nın Novruz bayramı münasibətilə Dünya azərbaycanlılarına TƏBRİKİ

Əziz həmvətənlər!

Novruz bayramı xalqımızın qədim milli bayramıdır.

 Minilliklər öncə ata-babalarımız yazın gəlişini, təbiətin oyanmasını təntənəli şəkildə bayram etmişlər. Ənənələri və

mərasimləri ilə həddən artıq zəngin olan, astronomik əhəmiyyətə malik, türk və bir çox Şərq xalqlarında qeyd edilən bu bayram dünyanın ən böyük bayramlarından biridir. Bu bayram milli-mənəvi dəyərlərimizin mühüm ünsürü olmaqla milli birliyimizin simvoluna çevrilmişdir.

44 günlük Vətən Müharibəsi nəticəsində neçə illərdir ürəyimizdə qalan arzularımız həyata keçdi. Artıq Novruz tonqallarımız 30 ilə yaxın müddətdə işğal altında qalmış, qəhrəman əsgərlərimizin canı-qanı bahasına azad edilmiş bölgələrimizdə alovlanır.

 Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq dünyada yaşayan bütün soydaşlarımızı Novruz bayramı münasibətilə təbrik edir və inanırıq ki,xalqımızı birləşdirən bu bayram əbədi olaraq nəsillərdən-nəsillərə ötürüləcəkdir.




Birinci məlumatlanmaq üçün facebook səhifəmizi