
C130 təyyarəsinin qəza səbəbini araşdıran qrup Türkiyəyə qayıdıb
Gürcüstanda C130 təyyarəsinin qəza səbəbini araşdıran qrup Türkiyəyə qayıdıb.
APA.az-ın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"11 noyabrda Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayan C130 hərbi yük təyyarəmizin qalıqlarının tədqiqini başa çatdıran qəza qrupumuz ölkəmizə qayıdıb. Qalıqların 2-ci Əsas Baxım Zavod Müdirliyimizə (Kayseri) təhvil verilməsi davam edir", - məlumatda deyilir.
Xatırladaq ki, noyabrın 11-də Azərbaycandan Türkiyəyə istiqamətlənən Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 20 hərbçinin hamısı həyatını itirib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi












Bu xəbər üçün şərh yazın