Cahangir Əsgərovun arvadı 31 milyonluq otel tikdirib-

Cahangir Əsgərovun arvadı 31 milyonluq otel tikdirib- “Qrand Qloriya” gələn ay açılır

Batumidə yeni beşulduzlu “Qrand Qloriya” oteli açılır.

Bu barədə Acariya hökumətinin məlumatında deyilir. Otelin rəsmi açılışı iyun ayına  planlaşdırılıb. Acariya hökumətinin başçısı Zurab Pataradze və Azərbaycanın baş konsulu Pərviz İsmayılzadə oteldə vəziyyətlə tanış olublar.

Layihənin investisiya dəyəri 31 milyon dollar təşkil edir. Hazırda oteldə 100 nəfər işə düzəlib. Batumi mətbuatının məlumatına görə, yeni mehmanxananın tikintisinə 2012-ci ildə başlanılıb, ancaq sonradan dayandırılıb.

canik

Yeddi il öncə, 2011-ci ilin iyununda 1 hektaradək torpaq sahəsi simvolik olaraq 1 lariyə AZAL aviaşirkətinin prezidenti Cahangir Əsgərovun xanımı Zərifə Həmzəyevaya verilib. “Qloriya” şirkətinin 50,8 % payı Z. Həmzəyevaya, qalanı onun uşaqları Cəmilə və Məlahət Əsgərovlara məxsusdur.

 (Turan)

Jamilla+Askerova+Fly+Baku+Contemporary+Art+wZQ2EXtKoCKl

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər