Cavanşir Feyziyevə bağlı iş adamı London məhkəməsini uduzdu –

Cavanşir Feyziyevə bağlı iş adamı London məhkəməsini uduzdu – Kimliyi üzə çıxarsa...

Britaniyanın BBC Yayım Korporasiyası və “Evening Standard” qəzeti çirkli pulların yuyulmasında ittiham olunan “çox uğurlu, beynəlxalq səviyyəli yüksək profilli azərbaycanlı iş adamı”na qarşı məhkəmədə qalib gəlib.

AzPolitika.info xəbər verir ki, bu barədə “Haqqın.az” saytı məlumat yayıb. Məhkəmə bu şəxsin adının açıqlanmamasına qərar verib, lakin BBC və “Evening Standard” bunu qəbul etməyib və London Ali Məhkəməsində iddia qaldırıb. Ali Məhkəmə iddianı təmin edib və iş adamının adının Böyük Britaniyanın Milli Cinayət Agentliyi tərəfindən açıqlanmasına qərar verib. Lakin iş adamının apellyasiya şikayəti vermək hüququ olduğu üçün hökm dərhal icra olunmayacaq.

Sözügedən iş adamının Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Feyziyevlə bağlı olduğu bildirilir. Sonuncu, xatırlayırıq ki, Londonda çirkli pulların yuyulmasında təqsirli bilinib və Milli Cinayət Agentliyinin qaldırdığı iddianı geri götürmək üçün 5,7 milyon funt sterlinq ödəməyə razılaşıb.

2022-ci ilin yanvarında London məhkəməsi Feyziyevin həyat yoldaşı Pərvanə, oğlu Orxan və qohumu Elman Cavanşirə qarşı hökm çıxarıb.

“Hələlik bir şey məlumdur - bu “vacib iş adamı” Cavanşir Feyziyevlə bağlıdır”, -“Haqqın.az” yazıb

Hökmə əsasən, çirkli pulların yuyulması sxemi ilə bu şəxslərin Böyük Britaniyadakı bank hesablarına Azərbaycandan 15 milyon funt sterlinq köçürülüb. Bu pulun 5,7 milyon funt-sterlinqi müsadirə edilib. Qalanı isə sahiblərinə qaytarılıb.

Yeni məhkəmə istintaqında adı hallanan tanınmış azərbaycanlı iş adamı Feyziyevlərin işi üzrə təqsirləndirilənlər sırasında olmasa da, ailə ilə müəyyən əlaqələrə malikdir.

Azərbaycanlı iş adamı özü iddia edir ki, kimliyi üzə çıxarsa, “onun imicinə və işgüzar nüfuzuna böyük və sarsıdıcı zərbə vurulacaq”. Onu məhkəmədə lord Pannik və Britaniyanın ən bahalı iki vəkili müdafiə edir - onların arasında Vəkillər Kollegiyasının keçmiş prezidenti Desmond Braun da var.

BBC-ni təmsil edən Jude Bunting keçən il Ali Məhkəməyə bildirib ki, hesabata qoyulan hər hansı məhdudiyyət ciddi şəkildə zəruri, aydın və inandırıcı sübutlarla əsaslandırılmalıdır. “Bu iş böyük ictimai maraq doğuran mövzuya toxunur. Araşdırma jurnalistikasına və məhkəmənin reportajlarına əsaslanan məhkəmə prosesi ictimaiyyətin mövzunu dərk etməsinə mühüm töhfə verəcək”.

İş adamı özü iddia edirdi ki, o, sadəcə, baxılan işdə “ikinci dərəcəli” fiqurdur. Lakin sonradan hakim onu “vacib şəxs” kimi tanıyıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi