Cavanşir Quliyev: “SMS-MSMS qəbul edən deyiləm, çıxacaqdım ki,

Cavanşir Quliyev: “SMS-MSMS qəbul edən deyiləm, çıxacaqdım ki, aparın məni salın içəri”

“Burda orta əməkhaqqı ifadəsi yoxdur. Biri 100 lirə qazanar, o biri 5 milyard. Sən də bölürsən, deyirsən ki, 2 milyard qazanırsan? Elə şey olar?! Hökumət qapadılan iş yerlərində işçilərə əmək haqlarının yarısını verdi, yarısını da iş yeri vardı”.

Pravda.az-ın xəbərinə görə, bunu Şimali Kiprdə yaşayan bəstəkar Cavanşir Quliyev deyib.

 

“Məqsəd işçiləri qaçırmamaqdır, qorumaqdır. Təbii ki, burda da çətinlik var, şikayət var. Müxalifət gecə-gündüz basqı edir ki, ölkənin qapıları vaxtında bağlanmadı. Amma xəstə sayına görə ən yaxşı vəziyyət də burdadır. Bir nəfər alman turist ölüb. O da gələndə xəstə imiş. Hələ qapılar bağlanmamışdı. Həmin turistləri hoteldə karantinə götürdülər. 28-30 nəfər xəstə vardı, onlar da turistlər idi, sağalıb getdilər.

Yerli camaatdan 2-3 nəfər yoluxmuşdu, onlar da hoteldə işləyənlər idi. Londondan 500-600, Türkiyədən 1500-2000 tələbəni geri gətirdilər, heç birindən infeksiya çıxmadı. Burda vəziyyət dözümlüdür. Öz-özümə deyirəm: "Yaxşı ki mən Azərbaycanda deyiləm". Mənim ürəyim partlayardı, mən SMS-MSMS qəbul edən deyiləm. Çıxacaqdım ki, aparın məni salın içəri. O, təhqirdir, Rusiyadan götürdülər” – C.Quliyev qeyd edib.Azadlıq radiosu

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi