Cavid Qurbanov gecə "reyd"lərinə başlayıb

Cavid Qurbanov gecə "reyd"lərinə başlayıb 

C.Qurbanov 15.03.2017-ci il tarixi gecə saat 22:50 radələrində gözlənilmədən Bakı Dəmiryol Vağzalına gəlib.

Azərbaycan Dövlət Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov gecə "reyd"lərinə başlayıb.O, müxtəlif xidmət sahələrinə gecə saatlarında gözlənilmədən baş çəkir, müşahidələr aparır.QSC sədri dünya standartları səviyyəsində yenicə istifadəyə verilmiş Bakı Dəmiryol Vağzalına mart ayı ərzində gecə saatlarında bir neçə dəfə gəlib.

Faktinfo.az-a məlumat verən mənbə bildirir ki, sonuncu dəfə C.Qurbanov 15.03.2017-ci il tarixi gecə saat 22:50 radələrində gözlənilmədən Bakı Dəmiryol Vağzalına gəlib. Onun gəlişindən xəbər tutan vağzal rəisi İlyas Məmmədov və Sərnişindaşınma Departamentinin rəisi Elyar Muradov da bir qədər sonra özlərini Bakı Dəmiryol Vağzalına çatdırıblar. Cavid Qurbanov bir saata yaxın vağzalda müşahidə aparıb.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi