Cavid Qurbanovdan sensasion addım:

Cavid Qurbanovdan sensasion addım: Borc içində olan şirkətlə 8 milyonluq anlaşma

Xəbər verdiyimiz kimi, "Azərbaycan Dəmir Yolları” (ADY) Texniki Nəzarət üzrə Məsləhət Xidmətləri ilə bağlı açıq tender elan edib və bu tenderin qalibi İspaniyanın "JV TPF Getinsa Eurorestudios – Auxitec Tecnica V Control” şirkəti olub.

İqtisadçı ekspert Natiq Cəfərli həmin şirkətlə bağlı araşdırma aparıb və ortaya sensasiya sayılacaq nəticələr çıxıb.

Bəlli olub ki, 1992-ci ildə yaradılan "JV TPF Getinsa Eurorestudios – Auxitec Tecnica V Control” şirkəti kiçik müəssisədir, bu vaxta qədər cəmi bir beynəlxalq layihədə -  Səudiyyə Ərəbistanında iştirak edib:

“Cəmi 22 işçisi var. Arribastorres Antonio adlı şəxs şirkətin həm sahibi, həm direktoru, həm də baş məsləhətçisidir. Son dəyərləndirməyə görə şirkətin bazar dəyəri cəmi 879 min 562 avrodur. Şirkətin 364 min 652 avro borcu var və bu günə olan borc öhdəlikləri 1 mln. 318 min 16 avrodur.

Uzunmüddətli investisiya portfeli və maliyyə yatırımları yoxdur. Şirkətin cəmi 16 min 64 səhmi var, əsas səhmdarı da sahibidir, yəni Arribastorres Antonio. Likvid aktivləri 31 min 614 avrodur, qısa müddətli borcu 36 min 728 avrodur”.

Bütün bu nəticələrddən sonra N. Cəfərli sual edir ki, ADY hansı səbəbdən belə bir tanınmayan və kiçik şirkətlə 8,261 milyon avro (9,277 milyon ABŞ dolları) məbləğində əsas və 0,236 milyon dolar məbləğində əlavə satınalma müqavilələri bağlanılıb: “Beləliklə, ADY İspaniya şirkətindən 9,513 milyon dollarlıq, yəni 16 mln. 261 min 200 manatlıq məsləhət alacaq.

Belə bir kiçik və dayanıqsız şirkət az qala 10 mln. dollarlıq tendirin qalibi necə olub? Tenderdə başqa hansı şirkətlər iştirak edib? Nədən belə bir məsləhət müqaviləsi bu qədər bahadır? Tendirdə ən aşağı və ən yuxarı təklif necə olub?  Bu tip məsləhət müqavilələrinin dəyəri normalda maksimum yüzminlərlə ölçülür, hansı faktora görə bu məsləhət müqaviləsi belə baha olub?

Əgər bu suallar rəsmi cavab olmasa, bağlanmış müqavilənin korrupsiya sxemi olduğuna dair şübhələr artacaq”./Yeni Sabah.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər