Cəbhədəki vəziyyəti dəyişmək üçün Ukraynaya 12-18 ədəd F-16 qırıcısı lazımdır

Cəbhədəki vəziyyəti dəyişmək üçün Ukraynaya 12-18 ədəd F-16 qırıcısı lazımdır 

“Cəbhədəki mövcud ehtiyacları ödəmək üçün Ukrayna Silahlı Qüvvələrə 12-18 ədəd F-16 qırıcı təyyarəsi lazımdır”.

Report.az xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat deyib.

O bildirib ki, sülh və müharibə dövründəki tələblər fərqlidir.

Y. İqnatın sözlərinə görə, F-16-ları idarə etmək üçün Ukraynanın lazımi sayda hərbçisi var.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Cozef Bayden Ukraynaya F-16-ların tədarükünə əminliyini ifadə etmişdi.



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi