Cefridən Ərdoğan barədə qiymətləndirmə:

Cefridən Ərdoğan barədə qiymətləndirmə: Ərdoğanın son səkkiz ayda İdlib, Liviya və Dağlıq Qarabağda etdikləri...

Baydenin əsas hədəfləri Çin, Rusiya, Şimali Koreya, İranla nüvə anlaşması və iqlim böhanıdır.

Faktinfo.az  Teleqraf.com-a istinadla xəbər verir ki, bu sözləri ABŞ-ın Ankaradakı keçmiş səfiri Ceyms Cefri deyib.

O, Baydenin altıncı hədəfinin Türkiyə ilə münasibətlər olduğunu söyləyib.

Cefri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dünyanın ən güclü liderlərindən biri olduğunu da vurğulayıb:

“Ərdoğan məntiqli oyunçudur. Əgər Bayden dünya miqyasında gedən proseslərə bərabər səviyyədə bir yarış kimi qəbul etsə, Türkiyə son dərəcə önəmli bir yerə çıxır. Sadəcə olaraq, Ərdoğanın son səkkiz ayda İdlib, Liviya və Dağlıq Qarabağda (Azərbaycan) etdiklərinə baxmaq lazımdır. Həmin bölgələrdə ruslar və onun müttəfiqləri məğlub oldular”.

Amerikalı diplomat Türkiyənin ABŞ üçün ciddi NATO müttəfiqi olduğunu vurğulayıb:

“NATO-nun bölgədə İrana qarşı müdafiə məqsədilə yerləşdirilmiş anti-ballistik raket və radar sistemlərinin hamısı Türkiyədədir. Türkiyə olmasa, Yaxın Şərq, Qara dəniz və Qafqazda iş görmək mümkün deyil. Türkiyə Rusiya və İranın ən təbii rəqibidir”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi