Cəlil Məmmədquluzadənin “Qurbanəli bəy” hekayəsinin problematikası

Cəlil Məmmədquluzadənin “Qurbanəli bəy” hekayəsinin problematikası 

Azərbaycanın görkəmli yazıçısı, dramaturqu, jurnalisti, ictimai xadimi, "Molla Nəsrəddin" jurnalının qurucusu olan Cəlil Məmmədquluzadə Azərbaycanın ən qədim şəhərlərindən olan Naxçıvan şəhərində 1869-cu ildə anadan olmuşdur.

Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatı tarixində yazıçı və jurnalist kimi xüsusi bir iz buraxmış ədibdir. Cəlil Məmmədquluzadə Azərbaycanda, eləcə də Yaxın Şərqdə "Molla Nəsrəddin" jurnalı ilə satirik jurnalistikanın əsasını qoydu. Cəlil Məmmədquluzadə publisistikası, nəsr və dram əsərləri ilə Azərbaycan ədəbiyyatını həm məzmunca, həm də formaca da zənginləşdirmişdir. Cəlil Məmmədquluzadənin "Poçt qutusu", "Usta Zeynal", "İranda hürriyyət", "Quzu", "Dəllək", "Rus qızı", "Kişmiş oyunu", "Zırrama", "Molla Fəzləli", "Xanın təsbehi", "Konsulun arvadı", "Pirverdinin xoruzu" və s. kimi hekayələri vardır. Lakin bunların içində “Qurbanəli bəy” hekayəsi özünəməxsus yer tutur. Cəlil Məmmədquluzadənin “Qurbanəli bəy” hekayəsi epik növdə, hekayə janrında yazılmışdır. Əsərin mövzusu insanın öz xarakterinə görə rəzil olması və gülüş obyektinə çevrilməsidir. “Qurbanəli bəy” hekayəsində ədib tüfeyli çar məmurlarını, lovğa və yaltaq mülkədarları satirik tərzdə ifşa etmişdir. 


Cəlil Məmmədquluzadə “Qurbanəli bəy” hekayəsində pristavın evindəki yemək masasını, çəmənlikdəki məclisi, yataq insanları ən incə xırdalıqlarına qədər təsvir etmişdir. Cəlil Məmmədquluzadə təsvir ustası idi. O, qonaqlığa hazırlığı çox geniş və əhatəli təsvir etmişdir. Ədib süfrəyə düzülən o qədər çox yeməklərin təsviri ilə yazıq kəndlilərin həyatının çətinliklərini bir daha oxucuya çatdırır. Cəlil Məmmədquluzadə “Qurbanəli bəy” hekayəsində kəndlilərin acınacaqlı həyatı ilə bəylərin cah-cəlallı həyatını və kəndlilərin şərəfi, ləyaqəti ilə xalqı əzən rus məmurlarının əsl simalarını müqayisə edir. Cəlil Məmmədquluzadənin “Qurbanəli bəy” hekayəsinin baş qəhrəmanı olan Qurbanəli bəy "Qapazlı" kəndinin bəyi və mülkədarıdır. Ədibin ifşaedici gülüşü Qurbanəli bəyin yaltaqlığı, ikiüzlülüyü, yüngül xasiyyəti, kobudluğu, zalımlığı, danışığı, davranışı idi. Cəlil Məmmədquluzadə Qurbanəli bəyin əsl simasını nökəri Kərbəlayı Qasımla, aşpaz Əli ilə, qulluqçu qadınla olan rəftarında açıq bir şəkildə göstərir. Qurbanəli bəy aşağı təbəqənin adamlarını öz kobud davranışı ilə əsər boyu əzir. Cəlil Məmmədquluzadə “Qurbanəli bəy” hekayəsində rəzilinsanların öz hərəkətləri nəticəsində gülüş obyektinə çevrilmələrini çox böyük məharətlə açıb göstərmişdir.

Ədib “Qurbanəli bəy” hekayəsində izdihamlı məclisin səbəbkarı kimi pristavın arvadını seçməsi heç də təsadüf deyildi. Yazıçının pristavın arvadının ad qoyulan gününün belə təmtəraqlı keçirilməsinin və camaatın yarısının kəndin kənarına və təpələrə dırmaşıb maraqla naçalnikin yolunu gözləməsi səhnəsində ibrətamiz fikiləri vadır. Pristavın həyətinə toplaşan katda, yasovul və qlava mirzələrinin hamısının niyyəti rus naçalnikini görmək və ona yaltaqlanmaq idi. Cəlil Məmmədquluzadə “Qurbanəli bəy” hekayəsində ən rəzil vəziyyətlərdən biri o idi ki, hər "naçalnik gəlir" deyiləndə kəndlilərin susdurulmasını, təhqir olunmasını, həyətə belə buraxılmamasını, baş verən hadisələrə kənardan baxmalarını elə dəqiq təsvir etmişdir ki, XX əsr kəndlisinin obrazı göz önündə canlanır. Kəndliləri əzənlərin ən başçılarından biri də "Qapazlı" kəndinin bəyi və mülkədarı məşhur Qurbanəli bəy idi. Cəlil Məmmədquluzadə Qurbanəli bəyin özünü naçalnikə, pristavın arvadına, oradakı qonaqlara yaxşı göstərməsi üçün rus dilində bilmədən danışmasını, rus itinin başını tumarlayıb, onlara xoş getsin deyə dəridən-qabıqdan çıxmasını böyük yazıçı ustalığı ilə, ən xırda incəliklərinə kimi qələmə almışdır. 

Cəlil Məmmədquluzadə “Qurbanəli bəy” hekayəsində Azərbaycanda idarə etmədə olan yadelli rusların təmtəraqlı həyatının təsviri ilə “Ortaya düzülmüşdü stollar və stollarırın üstünə düzülmüşdü növ-növ şirin çörəklər, suxarılar, paxlavalar, halvalar, kanfetlər, lumu-partaxallar, quru yemişlər. Stolun üstünə qoyulmuşdu yekə samavar və qulluqçular çay töküb qoyurdular qonaqların qabağına. Ağalar və xanımlar məşğul oldular yeməyə, içməyə və eşikdə də toy və zurnanın səsi ucaldı. Evin qabağında, çayın kənarında, çəmənin üstündə bir neçə fərş döşənmişdi. Bir tərəfdə üç yekə samavar qoyulmuşdu və yanlarında otuz-qırx stəkan-nəlbəki, nimçələr, qəndlər, mürəbbələr, şirin çörəklər, lumu-partaxallar, kanfetlər, qurabiyələr və qeyri çay ilə və çaysız yeməli şeylər, yağlar, xamalar, qaymaqlar, quru yemişlər düzülmüşdü. Ətrafdan qoyulmuşdu yasdıq və balışlar” bu təmtəraqlı həyata kənardan baxan yazıq kəndlilərin həyatı müqayisəli təsvir olunmuşdur. Qurbanəli bəyin tək niyyəti özünü naçalnikə və oradakı qonaqlara tanıtdırmaq və onlardan rəğbət görmək idi. Qurbanəli bəyin əsl siması Kərbəlayı Qasıma olan rəftarında üzə çıxır. Ədib naçalnikin gözünün Qurbanəli bəyin atına düşməsi səhnəsində rusların azərbaycanlıların malına, torpağına olan hərisliyini çox incəliklə təsvir etmişdir. Naçalnik ata çox böyük acgözlüklə baxırdı. Qurbanəli bəy qonaqlıq müddətində özünü bütün hərəkətləri ilə rüsvay edirdi.

Qurbanəlibəyin əsl rüsvay olmuş siması qonaqların hamısının onun sağlığına içməsi səhnəsindəgörünür. Qurbanəli bəy şadlığından az qalırdı ki, özündən getsin. O, özünü “Sizki, mənim sağlığıma içdiniz, qurban olsun sizə mənim canım. Mən ölənə kimi bugünü yadımdan çıxarmanam. Mən lap əriyib yerə girirəm ki, bu qədər xanım mənimsağlığıma içsin. Mən nəyəm ki, bu qədər xanım mənim sağlığıma içsin? Mən buxanımların ayağınm torpağı da ola bilmənəm” bu sözləri ilə yadelli təbqəninqarşısında rüsvay edir.

 Cəlil Məmmədquluzadə “Qurbanəli bəy” hekəayəsində Qurbanəli bəyin naçalniki, pristavınarvadını, oradakı qonaqları qonaq çağırma tərzində “Vallah, billah, atamın goruhaqqı sabah bizə qonaq gəlməsəniz, mən özümü öldürərəm. Mən istəyirəm sizəqulluq eləyim. Mən istəyirəm sizə nökərçilik eləyim. Sabah bizə gəlməsəniz, mənbu xəncəli soxaram qarnıma. Hər kəs gəlməsə, namərddi. Aman günüdü, özümü öldürərəm!Qurban olsun sizə mənim canım. Sağ olsun xanımlar. Urra! Urra!” onun mədəniyyətanlayışını göstərmişdir. Qurbanəli bəy nökəri Kərbəlayı Qasıma qarşı olan çoxkobud münasibətini aşpaz Əliyə, qaravaşa da göstərirdi. Qurbanəli bəyin işçiləriilə belə kobud münasibətinin kökündə onun şəxsi keyfiyyətləri dururdu. Onun ən əsasxüsusiyyəti o idi ki, özündən mənsəbcə böyük adamın qarşısında özünü alçaldıb,xəcil edirdi. Qurbanəli bəydən fərqli olaraq, onun xanımı qaravaşla, KərbəlayıQasımla, aşpaz Əli ilə çox mehriban, bir ailə üzvü kimi davranırdı. 

Cəlil Məmmədquluzadə “Qurbanəli bəy” hekayəsində "Qapazlı" kəndinin “Kəndinaşağısında "Əhmədxan gölü" ağarırdı. Gölün yanında Hacı Heydərin dəyirmanıvə meşəsi daha da aşkar görsənirdi. Dəyirmandan "Qapazlı" kəndinəkimi düzülmüşdülər taxta-taxta yaşıl zəmilər, yoncalıqlar və qara şum yerləri”təsvirini vermişdir. Qurbanəli bəyin naçalniki, pristavın arvadını, oradakıqonaqları qonaq çağırması tamamilə yadından çıxmışdı, çünki onun məqsədi evindəqonaq qəbul etmək deyildi, onun istəyi o idi ki, həmin müddətdə tədqir olunsun.Qurbanəli bəy sonranı düşünməyib həmin an üçün yaşayan adam idi. Məhz buxarakterinə görə də naçalnik, pristavın arvadı, oradakı qonaqlar onun evinəqonaq gələndə o onları qarşılamaq əvəzinə mələfəni götürüb çarşav kimi başınasalıb, qaçıb tövlədə atın axuruna girdi. Çünki Qurbanəli bəy üçün onunnüfuzu maraqlı deyildi. Əsas olan o idi ki, həmin vaxt ohörmət görürdü. Naçalnik,pristavın arvadı, oradakı qonaqlar Qurbanəli bəyin buxarakterindən xəbərsizcəsinə onun evinə qonaq gəlib, onunevdə olmadığını eşidib, çox təəccüb etdilər. Qurbanəli bəyin atlarınıgörmək istəyən naçalnik Qurbanəli bəyi axurda kəfənə bürünmüş bir şəkildə görür. CəlilMəmmədquluzadə “Qurbanəli bəy” hekayəsində "Qapazlı" kəndinin bəyi və mülkədarıolan Qurbanəli bəyin axurun içində bu utanc verici vəziyyətə düşməsində əsas səbəb kimi bəyinözünü görür. Qonaqların bir-bir gəlib Qurbanəli bəyə axurda diqqətlə baxıb, getməsi onun isəyerindən heç tərpənməməsi ədibin bu xislətdə olan insanlara mesajı idi. Yazıçıcəmiyyətdəki Qurbanəli bəylərin sonunuoxucuya göstərirdi. Cəlil Məmmədquluzadənin “Qurbanəli bəy” hekayəsinin əsas ideyasıyaltaqlığın, ikiüzlülüyün tənqidi və ifşasıidi. Ədibin hekayəsi nadanlığa, səfalətə,savadsızlığa qarşı yazılmışdı. Hekayə Azərbaycan ədəbiyyatı üçünolduqca böyük əhəmiyyətə malikdir. 

Qurbanəli bəy” hekayəsində "Qapazlı" kəndinin bəyi və mülkədarı olan Qurbanəli bəyin axurun içində bu utanc verici vəziyyətə düşməsində əsas səbəb kimi bəyinözünü görür. Qonaqların bir-bir gəlib Qurbanəli bəyə axurda diqqətlə baxıb, getməsi onun isəyerindən heç tərpənməməsi ədibin bu xislətdə olan insanlara mesajı idi. Yazıçıcəmiyyətdəki Qurbanəli bəylərin sonunuoxucuya göstərirdi. Cəlil Məmmədquluzadənin “Qurbanəli bəy” hekayəsinin əsas ideyasıyaltaqlığın, ikiüzlülüyün tənqidi və ifşasıidi. Ədibin hekayəsi nadanlığa, səfalətə,savadsızlığa qarşı yazılmışdı. Hekayə Azərbaycan ədəbiyyatı üçünolduqca böyük əhəmiyyətə malikdir.

Həcər Atakişiyeva 

Faktinfo.az

 

 


 

 

 

 


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi