CHP-dən 10 millət vəkili ayrıldı – "Məclisdə öz partiyamız kimi and içəcəyik"

CHP-dən 10 millət vəkili ayrıldı – "Məclisdə öz partiyamız kimi and içəcəyik" 

Türkiyədə 14 mayda keçirilmiş parlament seçkilərində Cümhuriyyət Xalq Partiyası (CHP) siyahılarından Böyük Millət Məclisinə üzv seçilən Gələcək Partiyasının üzvləri istefa verib.

AzPolitika.info xəbər verir ki, bu barədə Muğla şəhərindən millət vəkili Selçuk Özdağ açıqlama verib.

“Bu gün Gələcək Partiyası olaraq 10 millət vəkili istefa ərizəmizi Cümhuriyyət Xalq Partiyasına təqdim etdik. Parlamentə də vermişik. Məclisdə andiçmə mərasimində öz partiyamızın üzvü olaraq and içəcəyik”, - deyə o bildirib.

Özdağ daha sonra bildirib ki, Məclisdə “Millət” İtifaqı ilə birlikdə addımlayacaqlar.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi