CHP-dən etiraf: "ÖLKƏNİ AKP KİMİ İDARƏ EDƏCƏYİK"

CHP-dən etiraf: "ÖLKƏNİ AKP KİMİ İDARƏ EDƏCƏYİK" 

"6-lı masa" iqtidara gələndə AKP-nin ilk 5 ilinə bənzər bir dövr olacaq"

"Habertürk" ekranlarında yayımlanan "Təkə tək" proqramına qatılan CHP İstanbul millət vəkili İlhan Kesici Fatih Altaylının suallarını cavablandırıb.

Hurriyyet.az xəbər verir ki, "6-lı masa"nın seçkidə qalib gələcəyi təqdirdə koalisiya qurulacağını bildirən CHP təmsilçisi "AKP-nin ilk 5 ilinə bənzər bir dövr olacaq", deyə vurğulayıb.

Qeyd edək ki, ölkənin iqtisadi cəhətdən çətin bir dövr keçirdiyini bildirən Altaylı ilk olaraq Kesiçiyə "Bu mənzərədən qorxmursunuz?", deyə sual ünvanlayıb. O isə öz növbəsində, mövcud durumun həyəcanverici olduğunu bildirməklə yanaşı, problemli iqtisadiyyatı götürüb dirçəltməyin zövqlü proses olduğunu və bunun öhdəsindən gələ biləcəklərini bəyan edib.

Daha sonra Altaylı "Həll edərsə, yenə AKP həll edər" ifadəsi ilə razısınızmı?" sualını verib. Kecisi isə ölkəni AKP ilk 5-6 ili kimi idarə edəcəklərini qeyd edib: "AKP-nin iqtidarda olduğu 20 ili 5-ə bölsək, siyasi olaraq 4 fərqli 5 illik dövr görürəm. İlk 5 illik dövr əslində koalisiya dövrü kimidir. İlk 5 ildə AKP-li yox, sadəcə prezident var. Məhkəmə, media və bürokratiya var. Daha AKP mediası, AKP məhkəməsi yoxdur. İndi baxaq "6-lı masa" iqtidara gələndə nə olacaq? Bu zaman hər hansı partiyaya bağlılığı olmayan prezidentimiz olacaq. Yəni, AKP-nin ilk 5 ilinə bənzər bir dövr olacaq".

 Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi